İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada pirotexnika fabrikində dəhşətli yanğın: 14 ölü var

Rusiyanın Yaroslavl vilayətinin Pereslavl-Zalesski rayonundakı pirotexnika fabrikində baş verən və 14 nəfərin ölümü ilə nəticələnən yanğına görə vilayətdə fövqəladə vəziyyət elan olunub.

Musavat.com xəbər verir ki, qubernator Mixail Evrayev hadisə ərazisində bütün əlaqədar strukturların çalışdığını bildirib:

"Perslavl-Zalesski rayonunda regional fövqəladə vəziyyət elan etmək qərarı verilib. Regional hökumətin, İstintaq Komitəsinin, polisin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin daxil olduğu komissiya hadisə yerində işləyir. Təcili yardım mərkəzi yaradılıb. Kubrinskdə 200 nəfər və 23 texnika cəlb olunub. Açıq alov söndürülüb və yanğınsöndürənlər ərazini sulayır. Yanğın səbəbindən kəndin əksər hissəsi elektriksiz qalıb. Mütəxəssislər hazırda ictimai obyektlərin işini bərpa etmək üçün generatorlar gətirirlər. Təcili yardım briqadaları elektrik enerjisini bərpa edir".

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğında 14 nəfər ölüb, bir nəfər yaralanıb.

Qubernator bildirib ki, Kubrinsk və Naqoryedəki klinikalarda müvəqqəti yaşayış mərkəzləri yaradılıb.


Təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.

Bu gün vilayətdə matəm elan olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR