İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli hadisədə ölən bacı-qardaşın əmisindən ürəkdağlayan sözlər - VİDEO

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi nəticəsində həyatını itirən Zeynep İnan və Ahmet Muhammed İnan adlı bacı-qardaşın cənazələri yaxınlarına təhvil verilib.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, cənazələri Məhkəmə-Tibbi Ekspertiza İdarəsindən qəbul edən Tevfik İnan göz yaşlarına hakim ola bilməyib.

maltepede-coken-binada-olen-ik-20315597-3616_1_m.jpg (53 KB)

Mərhum bacı-qardaşın əmisi İnan Ahmetin böyük arzularının olduğunu bildirib:

“Ahmetin xəyalları böyük idi. Yeni avtomobil almışdı. Allah ona avtomobilinə minməyi qismət etmədi”.

Xatırladaq ki, Cevizli məhəlləsində, Doğu küçəsində yerləşən 7 mərtəbəli binanın ilk üç mərtəbəsi srağagün saat 05:40 radələrində çöküb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), Milli Tibbi Xilasetmə Qrupunun (UMKE), yanğınsöndürmə, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından 9 nəfər sağ çıxarılıb. Lakin hadisə nəticəsində biri xəstəxanada, dördü isə hadisə yerində olmaqla, 5 nəfər həyatını itirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR