İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunda yeni iddia: muzdlu döyüşçülərdən kamikadze kimi istifadə edilir

Cəbhədən yayılan növbəti videogörüntü Rusiya ordusunda hökm sürən zorakı və alçaldıcı münasibətin miqyasını bir daha üzə çıxarıb.

Musavat.com xəbər verir ki, kadrlarda rus hərbçilərinin afrikalı muzdlu əsgəri açıq şəkildə təhqir etdiyi, onu insan ləyaqətini sındıran davranışlara məcbur etdiyi görünür.

Məlumata görə, video Rusiya bölmələrinin yerləşdiyi cəbhə xəttində çəkilib. Kadrlar göstərir ki, rus hərbçiləri muzdlu əsgərə qarşı psixoloji təzyiq və mənəvi işgəncə tətbiq edir, onu təhlükəli və alçaldıcı vəziyyətə qoyurlar. Bu, artıq tək-tük insident deyil — sistemli münasibətin növbəti təsdiqidir.

Muzdlular “ət parçası” kimi

Rusiya ordusunun müharibədə insan həyatını açıq şəkildə təhlükəyə atdığına dair yeni iddialar yayılıb.

Ukrayna mənbələri və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Rusiya tərəfi bəzi muzdlu döyüşçülərdən “canlı daşıyıcı” kimi istifadə edərək üzərlərinə tank əleyhinə minalar bağlayıb və onları birbaşa ön xəttə göndərib. İddialara əsasən, bu şəxslər faktiki olaraq kamikadze məqsədilə istifadə olunub.

Şovinizm və cəzasızlıq

Hadisə bir daha göstərir ki, rus hərbi sistemində şovinizm və cəzasızlıq dərin kök salıb. Qeyri-rus, qeyri-slavyan mənşəli döyüşçülər “ikinci sort” sayılır, təhqir və zorakılıq adi hal kimi qəbul edilir. Bu yanaşma təkcə fərdi davranış deyil, Kremlin qurduğu siyasətin nəticəsidir.

“Böyük dövlət” mifinin arxası

Rusiya özünü “böyük dövlət”, “mədəniyyət daşıyıcısı” kimi təqdim etsə də, cəbhədən gələn bu cür görüntülər gerçək mahiyyəti açır: insan həyatına və ləyaqətinə sayğısızlıq, zorakılığın normallaşdırılması və qorxu üzərində qurulan idarəetmə. Muzdlu əsgərlərə edilən mənəvi işgəncə bu mifin necə çökdüyünü açıq göstərir.

Hadisə beynəlxalq ictimaiyyət üçün də siqnaldır: Moskvanın müharibə maşını yalnız qarşı tərəfə deyil, öz sıralarına qatdığı insanlara qarşı da amansızdır. Bu, rus şovinizminin və Kremlin müharibə fəlsəfəsinin dəyişməz üzüdür.

 

Musavat.com

photo_2026-01-09_21-23-03.jpg (58 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR