Onlayn ictimai-siyasi qəzet
Planlaşdırılmış texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq Rusiyadan Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Musavat.com xəbər verir ki, məlumatı "Qazprom Armenia" şirkətinin mətbuat xidməti yayıb.
"Rusiya Federasiyasında Şimali Qafqaz - Transqafqaz magistral qaz kəmərində planlaşdırılmış texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq, bu kəmər vasitəsilə Ermənistana təbii qaz təchizatı 15-25 sentyabr tarixləri arasında müvəqqəti olaraq dayandırılacaq", - məlumatda deyilir.
Şirkət bildirir ki, bu müddət ərzində Ermənistandakı istehlakçılara daxili ehtiyatlar və İrandan əlavə təbii qaz təchizatı hesabına məhdudiyyətlər qoyulmadan fasiləsiz və etibarlı qaz təchizatı təmin ediləcək.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ