İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya–Azərbaycan sərhədində böyük yenilənmə – keçid sürətlənəcək

Rusiya ilə Azərbaycan arasındakı əsas sərhəd-keçid məntəqələrində genişmiqyaslı modernizasiya işlərinə başlanılır.

Musavat.com xəbər verir ki, Rusiyanın Dağıstan Respublikasında yerləşən "Tahirkənd-Qazmalar" avtomobil buraxılış məntəqəsi 2028-ci ilin sonunadək tam yenilənəcək.

Layihə çərçivəsində yük maşınlarının baxış müddəti qısalacaq, məntəqənin sutkalıq buraxılış qabiliyyəti 200 avtomobildən 2360 avtomobilə çatdırılacaq. Bundan əlavə, hərəkət zolaqlarının sayı 8-dən 20-yə yüksəldiləcək.

Eyni zamanda, "Yaraq-Qazmalar" sərhəd-keçid məntəqəsi rəqəmsal yoxlama sistemləri ilə təchiz olunacaq. Dağıstan hakimiyyətinin məlumatına görə, bu yenilik sayəsində 2026-cı ilin sonunadək yük avtomobillərinin yoxlanış müddəti 10 dəqiqəyədək azalacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR