İnsanlara hürriyət, millətlərə istiqlal!

Röyanın Tiflis konserti təxirə salındı

Azərbaycanın Xalq artisti Röya Ayxan-ın Tiflis şəhərində martın 21-nə planlaşdırılan konserti təxirə salınıb.

Musavat.com-un məlumatına görə, bu barədə sənətçi özü sosial media hesabında açıqlama verib. Röya Ayxan bildirib ki, konsertin təxirə salınmasına səbəb Gürcüstanın katolikos-patriarxı II İliya-nın vəfatı ilə bağlı ölkədə elan olunan matəm günləridir. Müğənni qeyd edib ki, belə bir həssas dönəmdə əyləncə xarakterli tədbirin keçirilməsi məqsədəuyğun hesab edilməyib.

Təxirə salınan konsertin yeni tarixi artıq müəyyənləşdirilib. Röya Ayxanın Tiflisdəki çıxışı may ayının 25-də baş tutacaq.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR