İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsul Quliyev Azərbaycana qayıdır? - Qızı danışdı

"Rəsul Quliyev neçə illərdir Amerikadadır. Yaşını da bilirsiniz. Ən yaxınları - biz uşaqları, nəvələri, bütün ailəsi oradadır. Allah bilən məsləhətdir. Qismət olsa, Azərbaycana gələr".

Musavat.com pravda.az-a istinadla xəbər verir ki, bunu ABŞ-də yaşayan sabiq spiker Rəsul Quliyevin qızı Xanım Quliyeva deyib.

O, qayıdış mövzusunda müzakirələrin aparılmadığını bildirib:

"Hər halda aramızda belə müzakirələr olmur. Atamın fikri, qəlbi həmişə Azərbaycandadır. Qızı olaraq atamın Azərbaycana gəlişi ilə bağlı nəsə demək mənə çətindir. 27 sentyabr - Anım Gününə gəlməyimizin səbəbi də elə atam oldu. Dedi ki, Azərbaycandasınız, gərək mütləq şəhidlərimizi ziyarət edəsiniz. Bir neçə gün öncə də Şəhidlər Xiyabanını ziyarət etmişik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR