İnsanlara hürriyət, millətlərə istiqlal!

Restoran və kafelərdə əlavə ödənişlərə son qoyuldu

Türkiyədə rəsmi qəzetdə yayımlanan qərara görə, restoran, şirniyyat dükanları və kafelərdə müştərilərdən servis haqqı, masa pulu və süfrə üçün əlavə ödəniş adı altında pul alınması qadağan edilib.

Musavat.com xəbər verir ki, yeni qaydaya əsasən, ictimai iaşə obyektləri menyuda açıq şəkildə göstərilməyən heç bir əlavə məbləği hesab-fakturaya daxil edə bilməz.

Qərarın məqsədi istehlakçıların aldadılmasının qarşısını almaq və qiymət şəffaflığını təmin etməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR