İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim Balayevdən XƏBƏR var – Həkimi deyir ki...


“Rasim Balayevin vəziyyəti hər gün yaxşılaşır, tezliklə Azərbaycana qayıdacaq. Həkimləri bildirirlər ki, narahatlığa əsas yoxdur, hər şey qaydasındadır”.

Bu sözləri Musavat.com-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

Baba Vəziroğlu “Məhsəti” filmi haqda danışdı: Müəllif öz fantaziyalarını…

O bildirib ki, Xalq artistinin Türkiyədə müalicəsi davam edir: “Rasim Balayevin zarafatları üçün çox darıxmışam. Səhhətinə görə özü ilə danışa bilmirəm. Həkimlər ona telefondan istifadə etməyə icazə vermirlər. Buna görə də hər gün övladları ilə əlaqə saxlayıram. Yeməyini yeyir, dərmanlarını qəbul edir. Həkimlər də vəziyyətini müsbət qiymətləndirirlər. Psixoloji durumu da yaxşıdır. Özü də görür ki, müalicə effekt verir. Rasim zəif insan deyil, o asfalt üstündə böyüməyib. Biz dağlar oğullarıyıq, hər xırda xəstəlik bizi yıxa bilməz. Hətta Türkiyəyə gedib Rasim Balayevi ziyarət etmək istəyirdim. Lakin özüm xəstələndiyim üçün gedə bilmədim”.

Qeyd edək ki, Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev “Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılıb və hazırda müalicəsi orada davam etdirilir. O, bir müddət əvvəl səhhətində yaranmış problemə görə əməliyyat olunmuşdu.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR