İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər vasitəsilə TƏCİLİ MESAJ: İran müharibənin dayandırılması üçün ŞƏRTLƏRİNİ TƏQDİM ETDİ

İran parlamenti (Məclis) spikeri Məhəmməd Baqir Qalibaf Amerika Birləşmiş Ştatları Tehranın şərtlərini qəbul etməyənədək Hörmüz boğazının açılmayacağını bəyan edib.

Musavat.com xəbər verir ki, parlamentin mətbuat xidməti spikerin çıxışından sitat gətirərək bu barədə məlumat yayıb.

Qalibaf açıqlamasında bildirib: "Həmin şərtlər yerinə yetirilməyənədək, İran xalqının qanuni hüquqları tanınmayanadək və amerikalıların öhdəlikləri icra olunmayanadək əvvəlki danışıqlar şəraitinə qayıtmaq və Hürmüz boğazını açmaq üçün zərə qədər də imkan qalmayacaq".

Xatırladaq ki, bir qədər əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rizai Tehran rəhbərliyinin Qətər vasitəçiləri ilə ABŞ-yə müharibənin dayandırılması şərtlərini çatdırdığını və hazırda ABŞ Prezidenti Donald Trampdan cavab gözlədiklərini bəyan etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR