İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaralmış bananları uşaqlara vermək olmaz — tərkibində…

Həddindən artıq yetişmiş, qabığı qaralmış bananlarda təbii fermentasiya prosesi başlayır və nəticədə spirt (alkoqol) əmələ gəlir.

Musavat.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yaşıl bananlarda alkoqol ümumiyyətlə olmur, normal yetişmiş bananlarda isə onun miqdarı demək olar ki, hiss edilmir.

Lakin qaralmış, həddindən artıq yetişmiş bananlarda alkoqolun olması artıq qaçılmazdır. Bu səbəbdən belə bananların xüsusilə uşaqlara verilməsi tövsiyə edilmir.

Qeyd olunur ki, bişirmə və ya sobada hazırlanma zamanı alkoqol buxarlanır. Buna görə də qaralmış bananlar keks, piroq və digər şirniyyatların hazırlanması üçün uyğun hesab olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR