İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaradağda avtomobildən 20 min manata yaxın OĞURLUQ

Qaradağ rayonunda "Hyundai" markalı avtomobildən 19 800 manat oğurlamaqda şübhəli bilinən 33 yaşlı O.İbrahimov saxlanılıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, rayon ərazisində yerləşən ticarət mərkəzlərindən birinin qarşısından 780 manat dəyərində müxtəlif oyuncaqlar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin ticarət mərkəzində çalışan 35 yaşlı T.Bayramov və 54 yaşlı R.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR