Onlayn ictimai-siyasi qəzet
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qarabağ” və “Zirə” komandaları yoxlama oyununda üz-üzə gəlib.
Musavat.com xəbər verir ki, “Azərsun Arena”nın məşq meydançasında təşkil edilən görüşdə kollektivlər 30 dəqiqəlik 4 hissə oynayıblar.
Matç Qurban Qurbanovun komandasının 4-3 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam klubu yeni mövsümə Avstriyanın Tirol əyalətində, “Zirə” isə Türkiyənin Bolu şəhərində hazırlaşacaq.
27 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ