Onlayn ictimai-siyasi qəzet
Dünya alimlərinin keçirdiyi son genişmiqyaslı araşdırma insan sağlamlığı ilə bağlı hər kəsi şoka salacaq dəhşətli faktı ortaya çıxarıb.
Musavat.com-un məlumatına görə məlum olub ki, illərdir pəhriz və sağlam qidalanma adı altında geniş istifadə edilən ultra-emal olunmuş "fitnes" məhsulları, xüsusilə meyvəli yoqurtlar və pəhriz batonsıqları orqanizmə şəkərdən daha çox zərər vurur.
Mütəxəssislərin sözlərinə görə, bu qidaların tərkibindəki gizli emulqatorlar və süni dadlandırıcılar mədə-bağırsaq florasını tamamilə sıradan çıxararaq xroniki iltihablanmaya və sürətli qocalmaya səbəb olur.
Aparılan laboratoriya analizləri göstərib ki, gün ərzində bu cür "sağlam" qəlyanaltılardan müntəzəm istifadə edən şəxslərdə ürək-damar xəstəlikləri və erkən diabet riski adi insanlara nəzərən iki dəfə yüksəkdir. Həkimlər bildirir ki, qablaşdırılmış və üzərində "0% şəkər" yazılan məhsulların böyük əksəriyyəti əslində orqanizmin maddələr mübadiləsini pozan gizli kimyəvi maddələrlə zəngindir.
Tədqiqatçılar təcili olaraq insanlara bu cür süni emal olunmuş qidalardan imtina etməyi, təbii və emal olunmamış qidalara üstünlük verməyi tövsiyə edirlər.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ