İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalibaf Trampı ələ saldı: “Qardaş, mənə inan” əməliyyatı iflasa uğradı

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ prezidenti Donald Tramp barədə istehzalı paylaşım edib.


Musavat.com xəbər verir ki, Qalibaf Trampın Hörmüz boğazı ilə bağlı qərarına ironik münasibət göstərib. O, sosial şəbəkə paylaşımında belə yazıb:

“Qardaş, mənə inan” əməliyyatı uğursuz oldu. İndi yenidən adət etdiyimiz “Fauxios əməliyyatı”na qayıdırıq”.

Məlumata görə, “Fauxios” ifadəsi söz oyunu kimi işlədilib.

Burada ingiliscə “saxta”, “uydurma” mənasını verən “faux” sözü ilə Axios portalının adı birləşdirilib.

Qalibaf bununla ABŞ mediası və Tramp administrasiyasının informasiya siyasətinə eyham vurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR