İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalibaf ABŞ-ni hədələdi

İran ABŞ ilə qarşıdan gələn danışıqlarda əldə edilən razılaşmanın reallaşmasına nail olmağa çalışacaq.

Musavat.com xəbər verir ki, bunu İran parlamentinin sədri, ölkənin nümayəndə heyətinə rəhbərlik etməsi gözlənilən Məhəmməd Bağır Qalibaf X hesabında yazıb.

O qeyd edib ki, Vaşinqtonun "vicdansızlığı və həddindən artıq tələbləri" halında Tehran sarsıdıcı cavab verəcək:

"Ali liderin bizə həvalə etdiyi vəzifə müqavilənin şərtlərinin yerinə yetirilməsinə çalışmaqdır. Vicdansızlıq, müqavilənin pozulması və digər tərəfdən həddindən artıq tələblər halında düşmənə sarsıdıcı cavab verməkdən çəkinməyəcəyik".

Qalibaf ABŞ-ni yenidən hərbi münaqişəyə cəhd edəcəyi təqdirdə "daha güclü zərbə" ilə hədələyib.

Qeyd edək ki, İran və ABŞ-nin iki ölkə arasında əvvəllər imzalanmış anlaşma memorandumunun həyata keçirilməsi üçün bu gün İsveçrənin Bürgenştok şəhərində danışıqlara başlaması gözlənilir.

Amerika nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, İran nümayəndə heyətinə isə Parlamentin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR