İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə iki il əvvəl “ölü” elan etmişdi - Moskvada dava saldı və tutuldu

Moskvada küçədə aqressiv davranaraq insanları narahat edən 36 yaşlı kişi polis tərəfindən saxlanılıb. Onun şəxsiyyəti yoxlanılarkən inanılmaz fakt üzə çıxıb.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, hadisə paytaxtın şimalındakı Koptevo rayonunda baş verib. Ətrafdakı insanlara sataşan və qeyri-adekvat davranan kişi barədə polisə məlumat verilib.

Hadisə yerinə polis əməkdaşları və təcili yardım briqadası gəlib. Özünü sakitləşdirməyən kişi tibbi müdaxilədən sonra xəstəxanaya aparılıb.

Onun məlumatları yoxlanılarkən məlum olub ki, məhkəmə həmin şəxsi təxminən iki il əvvəl rəsmən ölmüş elan edib. Krım əsilli kişinin necə və hansı əsasla “ölü” kimi qeydə alınması hələlik açıqlanmır.

Hadisənin ən qəribə tərəfi bununla da bitməyib. Kişi baş verənləri izah etməyə macal tapmadan narkotik maddənin yüksək dozası səbəbindən komaya düşüb.

Həkimlər hazırda onun həyatını xilas etməyə çalışırlar. Polis isə “ölüb dirilən” şəxsin məhkəmə sənədlərində necə ölü göstərildiyini araşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR