Onlayn ictimai-siyasi qəzet
İran parlamentinin (Məclisinin) spikeri Məhəmməd Baqir Qalibaf ABŞ rəhbərliyinin iqtisadi və siyasi bəyanatlarını kəskin tənqid edərək, rəsmi Vaşinqtonun Tehranla münasibətlərdə növbəti dəfə yalan xətt izlədiyini bildirib.
Musavat.com xəbər verir ki, spiker ABŞ-ın İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması prosesi ilə bağlı irəli sürdüyü şərtləri rədd edərək səs-küylü bəyanatla çıxış edib. Qalibaf Amerikanın yalan vədlərini ifşa edərək deyib: "Amerika yalandan iddia edir ki, bizim dondurulmuş və yenidən sərbəst buraxılan aktivlərimiz onların kənd təsərrüfatı məhsullarının alınmasına yönəldiləcək. Bu, olduqca maraqlıdır. Bizim bu gün biçdiyimiz yeganə məhsul – məhz sizin illərdir əkdiyiniz onilliklərin etmadsızlığı və inamsızlığıdır. Bu məhsul tamamilə orqanik, bol və bu torpaqda yetişdirilən bir məhsuldur".
İran parlamentinin rəhbəri ABŞ xarici siyasətini və ticarət xəttini sərt şəkildə hədəf alaraq çıxışını istehzalı fikirlərlə tamamlayıb: "Görünən odur ki, ABŞ dünyaya yalnız geni modifikasiya olunmuş (GMO) soya, yerinə yetirilməyən saxta vədlər və boş söhbətlər ixrac etmək iqtidarındadır".
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ