Onlayn ictimai-siyasi qəzet
Kreml maliyyəçi Ceffri Epşteyndən Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün heç bir təklif almayıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RTVI-nin sorğusuna cavab olaraq bildirib.
Peskov qısa və aydın şəkildə “Yox” cavabını verib.
Qeyd edək ki, yanvar ayının sonunda ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn işi ilə bağlı əlavə 3 milyon səhifə sənəd, 2 mindən çox video və 180 min fotoşəkil yayımlayıb. Sənədlərin bir hissəsi redaktə olunub və zərərçəkmişlərin şəxsi məlumatları gizlədilib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ