İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən Türkiyə ilə münasibətlərə dair maraqlı açıqlama: “Ərdoğanın sayəsində…”

“Rusiya ilə Türkiyə arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü zamanı bildirib. V.Putin vurğulayıb ki, bu prosesdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tutduğu mövqe mühüm rol oynayır.

“Ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Biz bundan çox məmnunuq. Əlaqələrimiz artıq çoxdan formal çərçivələri aşıb, həqiqətən də dostluq xarakteri daşıyır və daim yeni məzmunla zənginləşir. Bu isə böyük ölçüdə, ilk növbədə, Türkiyə Prezidenti cənab Ərdoğanın mövqeyi sayəsində mümkün olub”, - Putin qeyd edib.

Rusiya lideri həmçinin, bildirib ki, Hakan Fidanın Moskvaya səfəri çərçivəsində yalnız Rusiyanın xarici işlər naziri Sergey Lavrovla deyil, həm də müxtəlif dövlət qurumlarının nümayəndələri ilə bir sıra faydalı görüş və təmasları olub.

Nigar Həsənli
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR