İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyandan əl çəkmir, yeni açıqlama: “Onun arxasında duranlar...” - Video

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PMEF) çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə Ermənistan hakimiyyəti barədə danışıb.

Musavat.com xəbər verir ki, Putin bildirib ki, Nikol Paşinyanın arxasında duran siyasi qüvvələr uzun müddətdir Qərb və Avropa standartlarına istiqamətləndiklərini açıq şəkildə bəyan edirlər.

“Onlar bunu çoxdan deyirlər, çəkinmədən, açıq şəkildə edirlər. Əslində burada pis heç nə yoxdur, onlar hansısa Qərb standartlarına, Avropa standartlarına yönəlirlər”, – deyə Rusiya prezidenti bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR