İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Kim Çen Ina “cehizlik” qab-qacaq HƏDİYYƏ ETDİ

Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya səfər zamanı onun lideri Kim Çen Ina bir sıra hədiyyələr təqdim edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, iyunun 18-19-da Pxenyanda səfərdə olan Rusiya prezidenti Kim Çen Ina babası Kim İr Senin portretini və üzərində Palexin rəsm əsəri olan yazı dəstini hədiyyə edib.

Bundan əvvəl xəbər verilmişdi ki, Kim Çen In iyunun 18-19-da KXDR-ə dövlət səfəri zamanı Putinə Şimali Koreya canavarlarından yetişdirilən və ölkə hüdudlarından kənarda demək olar ki, tanınmayan nadir Pungsan cinsinə aid iki ov iti hədiyyə edib.

Daha sonra Kremlə yaxın olan jurnalistlər Putinin Kim Çen Ina digər hədiyyələrinin fotosunu nümayiş etdiriblər. Belə ki, Rusiya prezidenti Şimali Koreyanın rəhbərinə nəlbəki və fincanlardan ibarət bir neçə çay dəsti olan iki qutu hədiyyə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR