İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Gürcüstan hakimiyyətini Avropa yoluna qayıtmağa çağırıb

Avropa İttifaqı (Aİ) Gürcüstan hakimiyyətini Assosiasiya Sazişinin imzalanmasının onuncu ildönümündə Avropa yoluna qayıtmağa çağırıb.

"Report"un yerli bürosu xəbər verir ki, Aİ-nin Gürcüstandakı nümayəndəliyi bu gün bununla bağlı bəyanat yayıb.

"Bu gün Aİ və Gürcüstan arasında Assosiasiya Sazişinin imzalanmasından 10 il ötür. Bu, bizim tərəfdaşlığımızda mühüm mərhələdir və Avropa İttifaqının gürcü xalqının Avropa gələcəyinə dair istəklərini qətiyyətlə dəstəklədiyini xatırladır. Gürcüstan hökuməti Aİ ilə inteqrasiyaya sadiqliyini təsdiq etməlidir. Gürcüstanın Avropa İttifaqında layiqli yeri var, lakin öz fəaliyyət istiqamətini dəyişmədən bu yoldan gedə bilməyəcək", - deyə bəyanatda vurğulanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR