İnsanlara hürriyət, millətlərə istiqlal!

Ülvi Qasımov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Dövlət bankı ABB-də (Azərbaycan Beynəlxalq Bankı) yeni təyinat olub.

Ülvi Qasımov “ABB”nin Korporativ və KOS Satış Ofisinin rəhbəri təyin edilib.

O, 2018-ci ilin may ayından 2024-cü ilin iyun ayına qədər bankın Korporativ Biznes Departamentinin direktoru kimi çalışıb.

Ülvi Qasımov Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” üzrə bakalavr dərəcəsi, “Maliyyə Bazarları” üzrə isə magistr dərəcəsi alıb.

Qeyd edək ki, bundan əvvəl İdarə Heyətinin sədrinin əmri ilə Fariz Rəhimov ABB-nin Risk Ofisinin rəhbəri təyin edilib./Banker.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

29 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR