Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı Xədicət Kadırovu fəxri fərmanla mükafatlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə Kadırov özünün “Telegram” kanalında məlumat paylaşıb.
Ramzan Kadırovun sözlərinə görə, qızı mükafatı “sosial əhəmiyyətli tədbirlərin hazırlanması və həyata keçirilməsində fəal iştirakına görə” alıb.
25 yaşlı Xədicət Kadırova gənc yaşına baxmayaraq, bir sıra mühüm vəzifələrdə çalışıb. O, Qroznı meriyasının məktəbəqədər təhsil şöbəsinə rəhbərlik edib, daha sonra isə Çeçenistan rəhbərinin sosial məsələlər üzrə birinci müavini vəzifəsinə təyin olunub.
Kadırov paylaşımında qızının peşəkarlığını, enerjisini, fədakarlığını və özünü daim inkişaf etdirmək istəyini yüksək qiymətləndirib.
Qeyd edək ki, Ramzan Kadırovun övladları tez-tez ictimai tədbirlərdə və idarəetmə strukturlarında fəallıqları ilə diqqət çəkirlər.
İqbal RZAYEV,
Musavat.com
29 Avqust 2026
08:51 ABŞ-da Sorosun təşkilatlarının maliyyə fəaliyyəti yoxlanacaq – Nazirlik xüsusi plan hazırlayıb
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ