Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda "Vitol" şirkətinin baş icraçı direktoru Rassel Hardi ilə görüşüb.
Musavat.com xəbər verir ki, söhbət zamanı Azərbaycanda həyata keçirilən neft strategiyası barədə məlumat verildi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində roluna toxunuldu. Bu xüsusda bir neçə Avropa ölkəsinin, o cümlədən Avropa İttifaqına bir sıra üzv dövlətlərin Azərbaycan qazı ilə təchiz edilməsi vurğulandı.
Görüşdə ölkəmizlə bu şirkət arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, baş ofisi Rotterdam şəhərində yerləşən "Vitol" dünyanın aparıcı neft ticarəti şirkətlərindən biridir. 1966-cı ildə qurulan "Vitol" qrupu dünyanın üç əsas xam neft broker şirkəti sırasına daxildir.
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ