Onlayn ictimai-siyasi qəzet
Polşa 1945-ci ildən 1989-cu ilə qədər törədilmiş cinayətlərə görə Rusiyadan təzminat tələb edir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu cinayətlərə əsasən sovet dövründə həyata keçirilmiş işğal, kütləvi qətllər, repressiyalar və Sibirə sürgünlər daxildir.
Bildirilir ki, ölkənin baş naziri Donald Tusk mütəxəssislərə Rusiyanın 1945-1989-cu illər arasında törətdiyi cinayətləri araşdırmağı tapşırıb. Polşa hakimiyyəti genişmiqyaslı məhkəmə iddiası hazırlayır.
Rusiya Xarici İşlər Nazirliyi Polşanın iddialarını "rusofobiya" adlandırıb. Mariya Zaxarova Polşa tərəfinə "İvan Susanin" operasına keçid bağlantısını (link) "təzminat" kimi göndərməyi təklif edib.
İvan Susanin rus xalq qəhrəmanıdır. Onun vaxtilə gənc rus çarı Mixail Romanovu qoruyarkən Polşa-Litva dəstəsinin ağır işgəncələrinə məruz qaldığı, lakin çarın gizləndiyi yeri açıqlamaqdan imtina edərək öldürülüncəyə qədər susduğu barədə əfsanə var.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ