İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian etirazlardan DANIŞDI - VİDEO

Bu gün İran prezidenti Məsud Pezeşkian İslam İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən rəsmi mərasimdə çıxış edərək, ölkədə etirazlara və daxili islahatlara dair mövqeyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Prezident bildirib ki, insanlar birlikdə olduğu müddətdə heç bir güc İranı zəiflədə bilməz.

Onun sözlərinə görə, hökumət etirazları problemlərin həlli və tənqidçilərin fikirlərini eşitmək baxımından mühüm imkan kimi dəyərləndirir.

Pezeşkian vurğulayıb ki, heç bir azad iranlı daxili çətinliklərin aradan qaldırılması üçün silaha əl atmır və xarici qüvvələri ölkəyə müdaxiləyə çağırmır.

Dövlət başçısının sözlərinə görə, İranın daxili çətinlikləri yalnız zorakılıqdan və şayiələrdən uzaq, sağlam dialoq mühitində və ölkə daxilində həllini tapa bilər.

@@TVmusavat/139719@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR