Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Liza “İnstaqram”da (Rusiyada qadağan olunub) ad günü şəkillərini paylaşıb.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Peskovun ad günündə göz oxşayan qara axşam paltarı seçib.
Paylaşımında o, Ankarada anadan olduğunu məmnunuqla yada salıb, valideynlərinə təşəkkür edib. “28 il əvvəl Ankarada valideynlərim mənə yaşamaq imkanı verdilər. O anı hiss etmək və sahib olduğun hər şeyə görə minnətdarlıqdan daha böyük xoşbəxtlik yoxdur", - deyə o yazıb.

Məlumdur ki, Peskov 1967-ci ildə diplomat ailəsində anadan olub. Atası SSRİ dövründə Pakistan və Omanda səfir vəzifəsində çalışıb, daha sonra Rusiyanı Fələstin muxtariyyətində təmsil edib. Kiçik yaşlarında Dmitri atası ilə xaricdə yaşayıb, orada ərəb və ingilis dillərini öyrənib. Moskvada nüfuzlu ingilis dilli məktəbi bitirdikdən sonra Moskva Dövlət Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutunu seçib. O, ərəb dili qrupunu seçmək istəsə də, müəllimləri onu türk dili qrupuna təyin edib. 1989-cu ildə təhsilini başa vurduqdan sonra Xarici İşlər Nazirliyinə tərcüməçi və köməkçi təyin olunub. Peskov bir il Yaxın Şərq şöbəsində, onun türk dili bölməsində çalışıb. Daha sonra o, SSRİ-nin Ankaradakı səfirliyində işləyib.
Tezliklə Türkiyə səfirliyində ilk diplomatik rütbəsini - attaşe, daha sonra isə üçüncü katib olub. Türk dilindən başqa, o, ingilis dilində də əla danışır.
Peskov müsahibələrunin birində deyib ki, Türkiyə qəzetində jurnalist kimi fəaliyyət göstərməyi nəzərdən keçirib. Peskovun sözlərinə görə, söhbət “Milliyet” qəzetinin Moskva ofisindən gedir. “Orada mənim dostum Cenk Başlamış işləyirdi. Özüm də xəbərlərlə maraqlanırdım”, - deyə Peskov izah edib. Peskov türk dili üzrə praktiki bacarıqlarını itirməmək üçün mütəmadi olaraq Türkiyə qəzetlərini oxuduğunu, “Hürriyet”, “Sabah” və “Cumhuriyet”e üstünlük verdiyini bildirib.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ