İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxt restoranlarında iftar menyularının QİYMƏTİ

Qiymətlərdən narazılıq edən yoxdur...

Martın 23-də Ramazan ayı başlayıb. İftarı ailəsi ilə evində, yaxud qonaq dəvət olunduğu yerdə açan da var, restoranlarda açan da. Bəs paytaxt restoranlarında iftar menyularının qiyməti neçəyədir?

Paytaxtın mərkəzi Nizami küçəsində yerləşən “Firuzə” restoranında  iftar menyusu 19 AZN-ə təklif olunur.

IFTAR 4.jpeg (124 KB)

Bu qiymətə 4 növ salat, 4 növ şorba, 76 isti yemək və 4 növ içki seçmək mümkündür.

Salatlar: çoban salatı, manqal salatı, toyuq salatı, qara gavalı salatı;

Şorbalar: mərci, dovğa, toyuq supu, göbələk supu;

Əsas yeməklər: fisincan plov, şüyüd polov, cız bız, çoban qovurma, toyuq stroqanof+düyü, lülə kababa+kartof ev sayağı, toyuq lülə+kartof ev sayağı;

İçkilər: kompot, ayran, qazlı içki, su;

Əlavə olaraq çay+kəsmikli piroq təklif olunur.

Paytaxtın ən məşhur restoranlarından biri olan “Nərgiz” restoranında iftar menyusu 17, 90 AZN-dir.

IFTAR 7.jpeg (144 KB)

Bu qiymətə 4 növ salat, 4 növ şorba, 7 isti yemək və 5 növ içki daxildir:

Salatlar: xırt-xırtlı badımcan salatı, manqal urban salatı, paytaxt salatı, yunan salatı;

Şorbalar: mərci, əvəlik, lobya, toyuq, qaymaqlı;

Əsas yeməklər: əcəb sandal toyuq, toyuq file göbələk sousunda, toyuq çığırtma plov, quzu qovurma, yarpaq dolma, quzu qaymaqlı, toyuq kabab püre ilə;

İçkilər: reyhan şərbəti, kompot, ayran, qazlı içki, su (qazlı, qazsız)

Burada da qonaqlara əlavə olaraq çay və kəsmikli piroq təklif olunur.

Atatürk prospektində yerləşən “Cookmood” restoranında ayrıca iftar menyusu yoxdur. Müştərilərə açıq menyu təklif olunur. 

IFTAR 6.jpeg (207 KB)

Paytaxtın bir neçə ərazisində filialı olan “Mado” restoranında iftar menyusunun qiyməti günlərə görə fərqlidir.

mado.jpg (64 KB)

Yalnız Nərimanov filialında təklif olunan iftar menyusunun qiyməti bir nəfər üçün bazar ertəsi 16,50-17,50 AZN, çərşənbə axşamı 13,50-18,50, çərşənbə günü 13-18 AZN arasında dəyişir. Qiymət fərqi menyunun tərkibinə görədir. Məsələn, toyuq köfta izqara, şorba seçim ilə (mərcimək, brokoli va ya qaymaqlı göbələk), qarnir seçim ilə (düyü və ya kənd sayağı kartof), salat seçim ilə (manqal salatı, badımcan əzməsi və ya çoban salatı), xurma, su daxil olan menyu 16.50 AZN-dir.

Quzu şiş kabab, şorba seçim ilə (mərcimək, brokoli va ya qaymaqlı göbələk), qarnir seçim ilə (düyü və ya kənd sayağı kartof), salat seçim ilə (manqal salatı, badımcan əzməsi və ya çoban salatı), xurma, su daxil olan menyu isə 17.50 AZN-dir. 

Oruc tutanlar arasında qiymətlərdən narazı olanlar da var, razı olanlar da. Fərid Hüseynov hesab edir ki, ildə bir ay maddi qazancı arxa plana atıb, güzəştə getmək olar: “Mən son illər oruc tutmağa başlamışam. Bəzən iş yoldaşları ilə iftar etmək üçün restoranlara gedirik. Qiymətlər bizim büdcəmizə uyğundur. Amma elə vətəndaşlar var ki, onlar üçün bu qiymətlər əlçatmazdır. Restoranlar bunu nəzərə alsalar, yaxşı olar”.

Aliyə Süleymanova qeyd etdi ki, bəzən ailəvi iftar üçün restoranlara üz tutur: “Ramazan ayı boyunca ən azı iki dəfə iftarı restoranda edirik. Bu gün gedəcəyimiz restoranı əvvəldən seçmişik. Menyuya nələr daxildir, qiyməti münasibdirmi və s. Hər şeyin qiymətinin artdığını nəzərə alsaq, restoranlarda da qiymətlərin əhalinin müəyyən qismi üçün baha olması normaldır”.

Kamilə Qarayeva isə qiymətlərin baha olduğundan şikayətçidir: “Bahalıq hiss edirəm. Məsələn, biznes lanç 8,50-9,50 AZN olduğu halda, eyni menyu hazırda 14-15 manata qədər qalxıb”.

Aydın Nəbiyev bildirdi ki, restoranın qiyməti onun yerləşməsindən və s. asılıdır: “Mən tez-tez restorana gedən deyiləm. İftarı da adətən ailəmlə evimdə açıram. Hələ heç bir restorana getməmişəm. Açığı, qiymətlər bahadır. Bu qiymətlərə evimdə yoldaşım daha yaxşı süfrə aça bilər”.

Allah orucunuzu qəbul etsin!

Nigar HƏSƏNLİ,
Musavat.com
Fotolar müəllifə məxsusdur

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR