İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın müəmmalı arxayınçılığı - “armud isə...”

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Türkiyə sərhədinin tezliklə açılacağını, eləcə də Ermənistanla Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrinin qurulacağını gözlədiyini bildirib. Bu barədə o, İrəvanda keçirilən Ermənistan-Britaniya Biznes Forumunda bildirib.

Eks-nazirdən SON DƏQİQƏ Zəngəzur dəhlizi AÇIQLAMASI

“Yaxın gələcəkdə, TRIPP layihəsinin (Zəngəzur dəhlizi – red.) inkişafı ilə paralel olaraq, Ermənistan-Türkiyə sərhədinin açılmasını, eləcə də müvafiq olaraq Ermənistanla Azərbaycan və Ermənistanla Türkiyə arasında dəmir yolu əlaqələrinin açılmasını gözləyirik”, - Baş nazir qeyd edib. Onun sözlərinə görə, dəhlizin reallaşması Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsinin yaradılmasına da kömək etməlidir. Paşinyan həmçinin, qeyd edib ki, Şimal-Qərb avtomobil yolu layihəsi tam sürətlə davam edir. Dəmir yolu bağlantısı ilə yanaşı, Şərq-Qərb istiqamətində yolların açılması da planlaşdırılır. Bundan əlavə, Baş nazirin sözlərinə görə, neft və qaz boru kəmərlərinin, elektrik xətlərinin və rabitə kabellərinin çəkilişi də müzakirə olunur.

Bəs əməldə vəziyyət necədir? Proseslər həqiqətənmi sürətlənib və tezliklə Türkiyə-Ermənistan sərhədi açıla bilər? Bəs sülh müqaviləsi?

Siyasi şərhçi Xəyal Bəşirovun Musavat.com-a bildirdiyinə görə, bəzi addımlar artıq praktik mərhələyə keçib, bəziləri isə hələ siyasi razılaşma və texniki hazırlıq tələb edir: "Ona görə “hamısı yaxın vaxtda açılacaq” nəticəsinə tələsmək düzgün olmaz. Paşinyan bununla yanaşı İran–Ermənistan–Gürcüstan istiqamətində dəmir yolu, avtomobil yolları, neft-qaz kəmərləri və elektrik xətləri barədə artıq müzakirələrin getdiyini də deyib. Yəni artıq söhbət yalnız “sülh sazişi imzalansın, sonra baxarıq” modelindən getmir. Sülhün iqtisadi və nəqliyyat komponentlərinin qabaqcadan qurulması strategiyası görünür. Amma Türkiyə–Ermənistan normallaşması ayrıca proses olsa da, Ankara bunu Azərbaycan–Ermənistan sülhündən tamamilə ayrı görmür”.

Zəngəzur dəhlizi” reallaşmadan Türkiyə sərhədləri tam aça bilərmi?-  deputatdan hadisə kimi açıqlamalar

Onun qənaətinə görə, bu səbəbdən Azərbaycan–Ermənistan sülh prosesində konkret irəliləyiş Türkiyə–Ermənistan sərhədinin açılmasını siyasi baxımdan daha asanlaşdırır: “Məsələn, yalnız Azərbaycan–Naxçıvan xətti açılarsa, layihənin regional əhatəsi bir cür olacaq. Amma eyni vaxtda Naxçıvan–Ermənistan, Ermənistan–Türkiyə, Ermənistan–Gürcüstan, İran–Ermənistan açılarsa, Cənubi Qafqazın logistika xəritəsi ciddi dəyişir. Paşinyanın BMT-də çıxışında məhz bu model təsvir olunub: Çin və Mərkəzi Asiyadan Türkiyə və Avropaya, digər tərəfdən isə Fars körfəzindən Qara dənizə yeni dəmir yolu bağlantıları".

Siyasi şərhçinin fikrincə, ümumi irəliləyiş var: "Ermənistan Konstitusiya Məhkəməsi sentyabrda TRIPP sazişinin konstitusiyaya uyğunluğunu təsdiqləyib və sənəd ratifikasiya üçün parlamentə göndərilib. Deməli, TRIPP üzrə də proses irəliləyir. Sülh real iqtisadi gəlir gətirən infrastruktura çevriləcək. Ermənistan isə konstitusiya dəyişikliyi etməlidir ki, bu proseslər sürətlənsin. Bu da 2027-ci ilin ortalarına qədər çəkə bilər. Əksinə, konstitusiya məsələsi uzansa, TRIPP və dəmir yolu üzrə texniki hazırlıq getsə belə, siyasi normallaşmanın tam institusionallaşması gecikə bilər. Rusiya, İran və digər regional aktorların layihəyə münasibəti də icra tempinə təsir edə bilər”.

Xəyal Bəşirov: BBC kimi ermənipərəst bir media qurumunun bu addımları  hazırkı məqamda heç də təsadüfi deyil - AZƏRTAC

Xəyal Bəşirov hesab edir ki, 6 oktyabrda Paşinyanın verdiyi açıqlamanın ən mühüm tərəfi “sərhəd açılacaq” deməsi deyil: “Əsas məsələ odur ki, o, Türkiyə sərhədini, Azərbaycanla dəmir yolunu və TRIPP-i eyni regional paket kimi təqdim edir. Və bu proseslərin hamısı artıq müxtəlif səviyyələrdə texniki və hüquqi hazırlıq mərhələsinə keçib. Azərbaycan və Ermənistan arasında sülh mətninin artıq paraflanmış olması isə danışıqların məzmunundan çox, indi onun formal-hüquqi tamamlanmasını əsas problemə çevirib".

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR