İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yeni aparat rəhbərinin adını açıqladı – Makunts geri qayıdır

Ermənistanın ABŞ-dakı keçmiş səfiri Lilit Makunts baş nazir Nikol Paşinyanın Aparat rəhbəri təyin ediləcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Paşinyan yerli jurnalistlərə açıqlamasında bildirib.

Erməni baş nazir eyni zamanda daxili işlər naziri Arpine Sarkisyan və müdafiə naziri Suren Papikyanın vəzifələrinə yenidən təyin olunmasını gözlədiyini təsdiqləyib.

Paşinyan Ermənistan ordusunda qeyri-döyüş şəraitində hərbçilərin ölüm hallarının davam etməsinə də münasibət bildirib. Onun fikrincə, problemin həlli təkcə orduda dəyişikliklər aparmaqdan asılı deyil və cəmiyyətin sosial-psixoloji davranışında dəyişiklik tələb edir.

“Orduda baş verən hadisələrin təxminən 70 faizinin mənşəyi ordunun özü ilə bağlı deyil”, – deyə Paşinyan bildirib.

O, nazirlərin və hətta hakimiyyətlərin dəyişməsinə baxmayaraq, problemin qalmaqda davam etdiyini vurğulayıb:“Nazirlər dəyişir, hətta hakimiyyətlər dəyişir, amma bu problem qalır”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR