İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Rusiyaya 400 milyon dollar təklif etdi

Baş nazir Nikol Paşinyanın fikrincə, Rusiya dəmir yoluna konsesiya hüquqlarını Ermənistana təxminən 400 milyon dollara sata bilər.

Musavat.com xəbər verir ki, Paşinyan bu barədə parlamentin iclasında danışıb:

"Biz Rusiya ilə açıq danışırıq, heç nəyi gizlətmirik və dəmir yolu məsələsində anlaşma yaratmaq istəyirik. Mənim qiymətləndirməm budur ki, bu gün bu konsesiya hüququnu təxminən 400 milyon dollara satmaq imkanı var. Düşünürəm ki, bu, yaxşı fürsətdir".

Onun sözlərinə görə, Ermənistan Rusiyanın maraqlarına böyük hörmətlə yanaşır:

"Amma başqa ölkənin maraqlarını öz maraqlarımızdan üstün tutmaq məntiqsizdir. Biz sizdən xahiş edirik, sizi də bu yolu tutmağa çağırırıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR