Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə Kərki kəndi ilə bağlı yenidən açıqlama verib.
Musavat.com xəbər verir ki, Paşinyan Ermənistanın Tiqranaşen adlandırdığı Kərki barədə danışarkən belə deyib:
“Kərkini Kərki adlandırdım, çünki ora Kərkidir. Əgər Kərki olmasaydı, mən onu belə adlandırmazdım”.
Paşinyan keçmiş anklavların hüquqi mənsubiyyəti məsələsinə də toxunub. O, bir daha bildirib ki, bu məsələnin hüquqi əsası 1991-ci il Alma-Ata Bəyannaməsinə və həmin dövrdə qüvvədə olan xəritələrə söykənir.
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ