İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris mərkəzində ABŞ-a etiraz: Respublika meydanı izdihamla doldu

Paris şəhərində minlərlə insan Respublika meydanına toplaşaraq ABŞ-ın Venesuelada apardığı hərbi əməliyyatlara qarşı etiraz aksiyası keçirib.

Musavat.com xəbər verir ki, aksiya iştirakçıları Vaşinqtonun hərbi müdaxiləsini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib və ABŞ hakimiyyətini bu addımlara son qoymağa çağırıblar.

Etirazçılar əllərində plakatlar və şüarlar tutaraq Venesuelada baş verən hadisələrin bölgədə gərginliyi daha da artırdığını bildiriblər. Aksiya zamanı meydanda gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb, polis qüvvələri ərazini nəzarətdə saxlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR