İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda yaşayış binasına silahlı hücum: Ölənlər var

Pakistanın Heybər Paxtunxva əyalətində yerləşən Bədabər kəndində silahlı şəxslər yaşayış binasına hücum ediblər.

Polisin məlumatına görə, onlar yaşayış binasına soxularaq orada atışma törədiblər. Nəticədə doqquz nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının hadisənin iki ailə arasında pul və maddi mübahisə ilə bağlı ilkin versiyası təsdiqini tapmayıb. Polis hücum edənlərin motivlərini araşdırır.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR