İnsanlara hürriyət, millətlərə istiqlal!

Kübra Əliyeva plastik əməliyyat etdirib?

"Deyirlər ki, necə gözəlləşmisən. Allaha and olsun ki, üzümə heç nə etməmişəm. Üzümə nur gəlib. Anam 80 yaşında vəfat edəndə üzündə bir qırış yox idi".

Bu sözləri Əməkdar artist Kübra Əliyeva "Zaurla Günaydın" proqramında deyib. Aktrisa plastik əməliyyat etdirməsini deyənlərə cavab verib.

Övladlarından danışan K.Əliyeva "Yaxşı ki, 3 övlad dünyaya gətirmişəm. İndi 1 övlad dünyaya gətirilər. İstəmirlər. Biz 9 uşaq olmuşuq. Valideynlərimiz bizi yaxşı da geyindirib, yedizdirirdilər" sözlərini söyləyib. 

Qeyd edək ki, K.Əliyeva bir müddət əvvəl üzündə plastik əməliyyat etdirmişdi. Aktrisa 2021-ci ildə bunun üçün bıçaq altına yatmışdı.//Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR