İnsanlara hürriyət, millətlərə istiqlal!

Elnarə ilə aparıcı arasında mübahisə düşdü - VİDEO

"Rəngarəng səhər" proqramında müğənni Elnarə Xəlilova ilə aparıcı Zaur Nəbioğlu arasında mübahisə düşüb. 

Buna səbəb sənətçinin bayağı mahnı ifaçılarının proqramlara dəvət olunmasını qınaması olub. 

"Verilişdə sənət göstəririk. Təbliğat göstəririksə, bunu 1 günə edə bilmərik. Son 20 ilin problemidir. 20 il əks istiqamətdə işləməliyik ki, hər şey yerinə qayıtsın" deyə, bildirib.

Zaur isə "Özünüzdə günah görmürsünüz? Çox müğənni ildə bir-iki dəfə verilişə çıxır. Hər gün efir təqdim edirəm. Siz ildə 1 dəfə efirə gəlirsinizsə, mən nə edim" sözlərini söyləyib.

Əsəbiləşən Elnarə isə "Bu, mənim yox, televiziyaların problemidir. Sizin reytinq gətirən verilişləriniz ən qalmaqallı, hay-küylü, qeybət edilən buraxılışlarınızdır. Biz sənət adamları da bu cür verilişlərə getmirik" cavabını verib.//Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR