Onlayn ictimai-siyasi qəzet
Pakistan ordusu Əfqanıstanın paytaxtı Kabildə yerləşən "Siyah-Sang" hərbi sektoruna aviazərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə bir müddət əvvəl sosial şəbəkələrdə görüntülər yayılmışdı, lakin vurulan yerlərin adları açıqlanmamışdı.
Son dəqiqə məlumatına görə, zərbə Kabilin "Siyah-Sang" ərazisində yerləşən hərbi obyektə yönəlib.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik ətraflı açıqlama verilməyib. Hücumun nəticələri və mümkün itkilər barədə dəqiq məlumat yoxdur.
Musavat.com
21 Iyul 2026
20 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ