Onlayn ictimai-siyasi qəzet
Rusiyanın İrkutsk vilayətində oyuncaq tapança ilə mağazanı qarət edən saxlanılıb.
30 yaşlı kişi qara papaqlı gödəkçə ilə mağazaya daxil olub.
O, 21 yaşlı satıcıya tapança tuşlayaraq kassadakı bütün pulu tələb edib. Qorxuya düşən satıcı 55 min rublu ona verib.
Bundan sonra oğru hadisə yerindən qaçıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət axtarışı əməkdaşları şübhəlini qısa müddətdə müəyyən edərək saxlayıblar.
Onun əvvəllər məhkum olunmuş yerli sakin olduğu müəyyən edilib.
Polisin yaydığı məlumatda bildirilir ki, saxlanılan şəxs törətdiyi əməli etiraf edib. O, oğurladığı pulu şəxsi ehtiyaclarına xərclədiyini, cinayət zamanı isə oyuncaq tapançadan istifadə etdiyini deyib. Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi (quldurluq) ilə cinayət işi başlanıb.//Lent.az
20 Iyul 2026
19 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ