Onlayn ictimai-siyasi qəzet
Suriyanın Rakka bölgəsində azyaşlıların həyatlarını riskə ataraq mina təmizləməsi ilə bağlı şok görüntülər yayılıb.
Musavat.com xəbər verir ki, hadisə şəhərin şimalında qeydə alınıb.
Məlumata görə, yerli uşaqlar SDG qüvvələrindən qalan partlayıcıları heç bir qoruyucu vasitə olmadan, öz əlləri ilə zərərsizləşdirməyə çalışırlar. Görüntülərdə onların qorxu bilmədən son dərəcə təhlükəli əraziyə daxil olduqları və minalarla birbaşa təmasda olduqları əks olunur.
Videodan da göründüyü kimi, bu “təmizlik” zamanı uşaqlardan biri əlindəki minanın partlaması nəticəsində yaralanıb.
Musavat.com
30 Iyul 2026
02:59 FİFA ilə UEFA arasında tarixi qarşıdurma – Dünya çempionatı uğrunda 20 milyard dollarlıq savaş
29 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ