Onlayn ictimai-siyasi qəzet
ABŞ-də 30 ildir ölüm növbəsini gözləyən Krista Paykın edamı gözlənilməz faciəyə çevrilib! İki doza ölümcül zəhər vurulan qatil qadın ölməyib – ürəyi döyünə-döyünə xəstəxanaya aparılıb!
Musavat.com bildirir ki, ABŞ-ni lərzəyə gətirən bu dəhşətli hadisə Neşvildəki "Riverbend" müəssisəsində baş verib.
Tennessi ştatında ölüm cəzasına məhkum olunmuş yeganə qadın – 50 yaşlı Krista Paykın cəzasının icrası zamanı edam protokolu tamamilə iflasa uğrayıb!
Edam otağına gətirilən Paykın damarına 2 doza güclü mərkəzi sinir sistemi depressantı olan “Pentobarbital” maddəsi yeridilib. Lakin gözlənilənlərin əksinə olaraq, dərman işləməyib!
Şahid otağının pərdələri 2 dəfə təcili bağlanıb, jurnalistlər ərazidən uzaqlaşdırılıb. Vəkillərin məhkəməyə qaldırdığı təcili vəsatətdə şok faktlar yer alıb: Payk huşunu itirib, lakin onun ürəyi hələ də döyünür və o, eşidilən şəkildə xoruldayır!

Hakim Klifton L. Korkerin müdaxiləsindən sonra edam prosesi saxlanılıb, qatil xəstəxanaya çatdırılıb və hazırda reanimasiyadadır.
Tibb eksperti Joel Zivot isə dəhşətli həqiqəti açıqlayıb: Qana kifayət qədər zəhər çatmayıb, onun beyninin ciddi zədələnməsi qaçılmazdır!
Xatırladaq ki, Krista Payk 1995-ci ildə – cəmi 18 yaşında olarkən dəhşətli cinayət törədib. O, sevgilisi Tadaryl Şipp ilə birgə 19 yaşlı Kollin Slemmeri amansızlıqla döyüb, işgəncə verərək öldürüb. Qurbanın sinəsinə tərs çevrilmiş pentaqram oxuyan və kəllə sümüyünün parçası ilə öyünən bu qadın 1996-cı ildən bəri ölümcül iynəni gözləyirdi.
Bəs necə oldu ki, vurulan doza insanı öldürmədi?
Ekspertlərin fikrincə, “Pentobarbital” maddəsi venaya düzgün daxil olmadıqda və ya damar partladıqda zəncirvari ölüm prosesi yarımçıq qalır. Normalda bu maddə bədənə daxil olduqda aşağıdakı dəhşətli proseslər baş verir: Beyin neyrotransmitteri kəskin güclənir, beynin elektrik fəaliyyəti anında dayanır. Şəxs saniyələr içində şüurunu itirərək dərin komaya düşür. Beynin nəfəsalma mərkəzi tormozlanır, nəfəs kəsilir, qan təzyiqi sıfıra enir. Oksigensiz qalan beyin və ürək tamamilə dayanır.
Krista Paykın hadisəsində isə damar problemi səbəbindən zəhər orqanizmə tam çatmayıb və ABŞ hüquq tarixi analoqu olmayan bir skandalla üz-üzə qalıb.
Vəhşi edamlar statistikası
Məlumata görə, 1976-cı ildən bu yana ABŞ-də 1663 kişi edam edildiyi halda, qadınların sayı cəmi 18 nəfərdir! Krista Payk bu statistikaya daxil olan 19-cu qadın olacaqdı, lakin sistem iflas etdi. Tennessi İslah Departamenti hələ də protokolun qanuni olduğunu müdafiə edir. Lakin dünya mətbuatının gözü indi Neşvildədir. Ölüm iynəsindən sağ çıxan qatilin taleyi necə olacaq? Məhkəmə ikinci dəfə edam əmri verəcəkmi?
E.Məmmədəliyev,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ