Onlayn ictimai-siyasi qəzet
Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada ölüb.
Musavat.com “Report”a istinadən xəbər verir ki, aprelin 22-də gecə saatlarında baş verən yol qəzasında xəsarət alan 9 yaşlı Kənan Şirəlizadə xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Təvəkkül Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində yolun kənarındakı ağaca çırpılıb. T.Şirəliyev aldığı xəsarətlərdən vəfat edib. Onun 2016-cı il təvəllüdlü oğlu Kənan və baldızının 15 yaşlı oğlu Fəqan Qocayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İlkin məlumata görə, qəzaya düşənlər yaxın qohumun əsgər gedən övladı üçün təşkil edilmiş yığıncaqdan qayıdırmışlar.
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ