Onlayn ictimai-siyasi qəzet
Nyu-York meri Zöhran Mamdani sakinləri şəhərin elektrik şəbəkəsinə düşən yükü azaltmaq üçün həddindən artıq istilər zamanı mümkün olan hər şeyi elektrikdən ayırmağa çağırıb.
Musavat.com xəbər verir ki, Nyu-York şəhərində dünəndən bəri son dərəcə təhlükəli istilər müşahidə olunur. Hakimiyyət orqanları istilik indeksi 115 dərəcə Farengeytə qədər olan istilərin şənbə gününə qədər davam edə biləcəyini proqnozlaşdırır.
Mamdani X hesabında əhaliyə müraciət edib: "Nyu-York: Çöldə istidir və elektrik şəbəkəsi sərinliyi qorumaq üçün bütün gücü ilə çalışır. Kondisionerinizi 78 dərəcəyə (25,5 dərəcə Selsi) qoyun, istifadə etmədiyiniz işıqları və elektron cihazları söndürün və mümkün olan hər şeyi elektrikdən ayırın".
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ