Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın tanınmış siyasi analitiki, Əməkdar jurnalist Tofiqəxanım Fazil qızı Qasımova (Nurani) komadan ayılıb.
Musavat.com xəbər verir ki, bu barədə Minval.az və Minval Politika resurslarının baş redaktoru Emil Mustafayev sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, jurnalistin vəziyyəti hələ də ağır olaraq qalır:
"Dualarınız qəbul olundu – bizim Nurani Qasımova Tofiqəxanım komadan ayılıb! Uca Allaha şükür! Onun vəziyyəti hələ də ağır olaraq qalır. Lakin komadan çıxması həm yaxınları, həm də onu tanıyan hər kəs üçün böyük və uzun müddətdir gözlənilən ümid xəbəri oldu".
Qeyd edək ki, Nurani Qasımova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. O, səhhətindəki problemlər barədə, demək olar ki, heç kimə məlumat verməyib.
Səhhəti kəskin pisləşdikdən sonra jurnalist xəstəxanaya yerləşdirilib və hazırda həkimlərin nəzarəti altında müalicəsi davam etdirilir.
Şahanə Rəhimli,
Musavat.com
17 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ