Onlayn ictimai-siyasi qəzet
Hindistanda "Air India" şirkətinə məxsus sərnişin təyyarəsi pilotlarından birinin narkotik təsiri altında olması səbəbindən hava gəmisində qorxunc anlar yaşanıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hadisə 4 avqustda baş verib.
“The Times of India” qəzetinin məlumatına görə, Taylandın Phuket şəhərindən Hindistanın paytaxtı Nyu-Delhiyə uçan “Airbus A320” təyyarəsinin kapitanı qəfildən özünü pis hiss etməyə başlayıb və ona stüardessa tərəfindən təcili tibbi yardım göstərilib.
Bu zaman layner hündürlük itirib və kəskin şəkildə aşağı düşüb.
Kabindən çəkilmiş videolarda yük qapısının açılması, əşyaların səpələnməsi və bəzi sərnişinlərin xəsarət alması görünür.
Təyyarə hava limanına endikdən sonra 20 sərnişin və dörd heyət üzvünə tibbi yardım lazım olub, 17 nəfər isə xəstəxanaya yerləşdirilib.
Əvvəlcə aviaşirkət rəhbərliyi hadisənin əsl səbəbini gizlətməyə çalışaraq təyyarənin turbulentlik zonasına düşdüyünü bildirib. Lakin araşdırma zamanı təyyarənin birinci pilotunun marixuana (anaşa) qəbul etdiyi məlum olub. Test nəticəsində onun bədənində narkotik maddənin olduğu təsdiqlənib.
Qeyd olunur ki, bu vəziyyətdə yalnız ikinci pilot idarəetməni ələ keçirib və təyyarəni nəzərdə tutulan yerə yönəldib ki, bu da təyyarəni qəzadan xilas edib.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ