İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəriman Həsənzadənin son durumu AÇIQLANDI

Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Musavat.com xəbər verir ki, Xalq şairinin köməkçisi Arif Mehmandost Nəriman Həsənzadənin vəziyyətinin ağır olaraq qaldığını bildirib. Onun sözlərinə görə, şair hazırda da reanimasiya şöbəsində müalicəsini davam etdirir və süni tənəffüs aparatına qoşulub.

“Vəziyyəti ağır-stabil olaraq qalır. Gözlərini açır, ətrafa reaksiya verir. Ancaq ciddi irəliləyiş müşahidə olunmur”, – deyə Arif Mehmandost bildirib.

Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə alır. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR