Onlayn ictimai-siyasi qəzet
Polşa prezidenti Karol Navrotski və ABŞ prezidenti Donald Tramp telefonla ABŞ qoşunlarının Avropada mövcudluğu perspektivlərini müzakirə ediblər.
Musavat.com xəbər verir ki, telefon danışığı barədə məlumatı Polşa prezidentinin ofisi yayıb: “Bu axşam, 3 may milli bayramında (Polşada 3 may 1790-cı il Konstitusiya Günü – red.) Polşa prezidenti Karol Navrotski ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb”.
Açıqlamada deyilir ki, telefon danışığı zamanı əsas müzakirə mövzusunu Amerika qoşunlarının Avropadakı mövcudluğu təşkil edib.
Qeyd edək ki, Polşa rəhbərliyi dəfələrlə öz ərazisindəki ABŞ hərbi kontingentinin artırılmasına hazır olduğunu bəyan edib.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ