İnsanlara hürriyət, millətlərə istiqlal!

Nadir hadisə: 24 yaşlı qadın beşəm dünyaya gətirdi

Çində nadir tibbi hadisə qeydə alınıb – 24 yaşlı qadın eyni anda beş uşaq dünyaya gətirib.

Musavat.com xəbər verir ki, hadisə Wuhan Universitetinin Zhongnan Xəstəxanasında baş verib. Sinczyan vilayətinin sakini olan qadın bir oğlan və dörd qız olmaqla beşəm doğub.

Məlumata görə, dünya praktikasında ana tərəfindən doğulan beş uşağın hamısının sağ qalması ilə bağlı son belə fakt 2016-cı ildə qeydə alınıb. Xəstəxananın mamalıq şöbəsinin baş həkimi – tibbdə təxminən 40 illik təcrübəsi olan mütəxəssis – bunun öz praktikasında rekord göstərici olduğunu bildirib.

Körpələr hamiləliyin 28-ci həftəsində, vaxtından xeyli əvvəl dünyaya gəlib. Yeni doğulanların çəkisi belə olub:

Oğlan – 990 qram

Qızlar – 870 qramdan 1030 qrama qədər


Həkimlərin sözlərinə görə, uşaqların vəziyyəti stabildir. Apqar şkalası üzrə qiymətləndirmə 10 baldan 6 bal təşkil edib ki, bu da qənaətbəxş göstərici sayılır.

Hazırda körpələr xəstəxanada qalır, neonatologiya şöbəsinin həkimləri tərəfindən gecə-gündüz nəzarətdə saxlanılır. Ana da övladları ilə birlikdə xəstəxanadadır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR