İnsanlara hürriyət, millətlərə istiqlal!

Mustafayev Overçukla görüşəcək

Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk ticari-iqtisadi məsələləri müzakirə etmək üçün sentyabrda görüş keçirəcəklər.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 17-si Moskvada ikitərəfli danışıqların yekunlarına dair rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Müntəzəm əlaqələrin saxlanılması zərurətini və görülmüş işləri nəzərə alaraq, cari ilin sentyabrında bir sıra istiqamətlərin müzakirəsi üçün Azərbaycanın və Rusiyanın baş nazir müavinləri Şahin Mustafayev və Aleksey Overçukun görüşünün keçirilməsi barədə ilkin razılıq əldə edilib", - C. Bayramov deyib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR